Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ƏRDOĞAN: “ƏSAS HƏDƏF SURİYA, İRAQ, QƏTƏR DEYİL, TÜRKİYƏDİR”

“Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin”.

“CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini unutmadıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.

Din.az APA-ya istinadən xəbər verir ki, R. T. Ərdoğan bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 iyul Milli iradənin zəfəri” mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin: “15 iyul mübarizəmizin zirvəsidir. Bu mübarizə davam edəcək. CHP sədri deyir ki, həbs olanlar azad edilsin, fövqəladə vəziyyət rejimi ləğv olunsun. Bu sözlərdən məmnun olanlar FETÖ-çülər, PKK terrorçularıdır. Məhkəmələrimiz hərbi çevrilişdə iştirak edənlərə və onlara dəstək verənlərə cəzalarını verənə qədər bu mübarizə davam edəcək. Fövqəladə vəziyyət rejimi terror təşkilatları ilə mübarizəyə ehtiyac qalmayana qədər davam edəcək. CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini də unutmadıq “.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az