Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ƏRDOĞAN ASTANADA İSLAM DÜNYASINA ÇAĞIRIŞ ETDİ

“Hazırkı vəziyyətdə islam ölkələri birlik içində olmalıdır”.

İnternetin və sosial medianın İslama qarşı düşmənçilik vasitəsi olduğunu, terror təşkilatları tərəfindən bu istiqamətdə istifadə edildiyini bilirik. İslam ölkələri olaraq vətəndaşlarımızı internetin zərərli tərəflərindən qorumalıyıq.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində deyib.

“Hazırkı vəziyyətdə islam ölkələri birlik içində olmalıdır. Körfəz bölgəsində yaşanan böhran hamımızı məyus edir. Arzu edirik ki, bu böhran tezliklə həllini tapsın. Təxribatların qarşısını almaq üçün ciddi mövqe ortaya qoymalıyıq. Myanmada müsəlman qardaşlarımızın çəkdiyi zülmlərə son verilməlidir. Bunun üçün də islam dünyası bir olmalıdır”, – Ərdoğan bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az