Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan Ahısxa türkləri ilə görüşəcək

Deportasiya həyatı yaşayan Ahısxa türkləri ….

Ankarada Ahısxa türklərinin deportasiyasının 75-ci ildönümü qeyd ediləcək.

Din.az bildirir ki, dekabrın 10-da Türkiyə Prezident Aparatı Kompleksinin Konqres və Mədəniyyət mərkəzində keçiriləcək tədbir Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə Dünya Ahısxa Türkləri Birliyinin (DATÜB) üzvləri, eləcə də deportasiya həyatı yaşayan Ahısxa türklərinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə məskunlaşan 30-dan çox nümayəndəsi iştirak edəcək. Tədbirdə sovet rejiminin planına uyğun olaraq, Ahısxa türklərinin 14 noyabr 1944-cü ildə Gürcüstanın Ahısxa bölgəsindən deportasiya edilməsindən bəhs olunacaq.

YTB-dən verilən məlumatda bildirilib ki, tədbirdə “Dinməyən sızıltı: Sürgün” beynəlxalq rəsm müsabiqəsinin qalibləri prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az