Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: “ABŞ-da Gülənin ekstradisiyasını müzakirə edəcəyəm”

“ABŞ-da FETÖ ilə mübarizə ilə də bağlı danışıqlar aparılacaq”.

“ABŞ-a səfərim zamanı rəsmi şəxslərlə terrorizmlə mübarizə, hərbi və müdafiə sənayesində əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-da FETÖ ilə mübarizə ilə də bağlı danışıqlar aparılacaq: “Pensilvaniyadakı terrorçuların rəhbərinin (Fətullah Gülən) ekstradisiyası üçün bir çox addım atılıb, bundan sonra da tərəfimizdən müvafiq addımlar atılacaq. Dövlət çevrilişinə cəhd edənlər məhkəmə qarşısında cavab verənə qədər onlardan əl çəkməyəcəyik”.

Ərdoğan qeyd edib ki, ilk olaraq ABŞ Prezidenti Donald Trampla məhdud tərkibdə, daha sonra nümayəndə heyətlərinin görüşü keçiriləcək, bundan sonra isə birgə mətbuat konfransı baş tutacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az