Ən gözəl ticarət hansıdır?

“Allaha gözəl borc versəniz, onu sizin üçün dəfələrlə artırar, sizi bağışlayar” (“Təğabun” surəsi, 17)
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
İnsanlar üçün ən gözəl alış-veriş, ən mənfəətli sərmayə hansıdır?
Həm dünyasını, həm də axirətini düşünən insan üçün ən gözəl ticarət və ən sərfəli sərmayə Allahın rızası üçün maddi və mənəvi baxımdan sərf edilənlərdir:
“Ey iman sahibləri! Sizə ən qorxunc əzabdan xilas olacağınız ticarətin hansı olduğunu xəbər verim? Allaha və onun Rəsuluna inanıb, Allah yolunda mallarınız və canlarınızla cihad edin. Bir bilsəniz, bu sizin üçün necə xeyirlidir?” (“Saff” surəsi, 10-11)
Dünyadakı ticarət və sərmayələrinizdə daim qazanc əldə etmək və heç zaman zərər görməmək istəyirik. Halbuki dünyadakı sərmayələr öz daxilində daim təhlükəlidir.
Çox mənfəətli olmasını gözlədiyiniz ticarət və ya sərmayəmiz bizi məyus edə bilər. Heç məyus olmasaq, yaxud hər dəfə gözlədiyimiz kimi nəticələnsə də bu dünyadakı qazanclar burada da qalır.
İxlas və həssaslığa əsaslanan işlər də əsla zərər gətirməyəcək sərmayə kimi həm bu dünya, həm də axirətdə bizim üzümüzü ağardacaq:
“Allahın Kitabını oxuyanlar, namazı qılanlar, onlara verdiyimiz ruzilərdən Allah yolunda gizli və açıq şəkildə xərcləyənlər əsla batmayacaq bir qazanc gözləyə bilərlər”. (“Fatir” surəsi, 29)
ALLAHA BORC VERƏK
“Əgər Allaha gözəl borc versəniz, onu sizin üçün dəfələrlə artırar, sizi bağışlayar. Allah Şəkurdur (şükrü qəbul edib çox yaxşılıq edən), Halimdir (cəza verməkdə tələsməyəndir).” (“Təğabun” surəsi, 17)
Biz hələ mövcud deyilkən, bizi yaradan və layiq olacaq nə isə etmədən saysız-hesabsız nemət və imkana qovuşmağımızı nəsib edən Allahdan aldığımız borclar kifayət etmədi?
Allah heç nəyə möhtac olmayan bütün zənginliklərin mənbəyi və sahibidir. Bizə olan mərhəmət və sevgisinə görə bizi yaxşı və gözəl olana təşviq etmək üçün elə Özünə aid olanı bizdən borc kimi istəyir.
“Kim Allaha gözəl borc verib onun özünə bir neçə dəfə çox qayıtmasını istər? Bax, belələrini təriflərə sığmayan mükafat gözləyir”. (“Hadid” surəsi, 11)