Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Elşad Miri: “İslamda molla çağırıb onu 40 gün bəsləmək, cibinə pul qoymaq kimi “adətlər” yoxdur”

Əslində İslamda olmayan bir çox adətlər

“Kimsə rəhmətə getdikdə, molla çağırıb onu 40 gün bəsləmək, cibinə pul qoymaq kimi “adətlər” islamda yoxdur”.

“Din.az” bildirir ki, bunu “sherg.az”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycanda reket mollalar da var” iddiasını dəyərləndirərkən ilahiyyatçı alim Elşad Miri söyləyib.

O bildirib ki, İslam dinində xristianlıqda, yəhudilikdə, buddizmdə olduğu kimi din xadimi anlayışı yoxdur:

“Bunlar hamısı sonradan ortaya çıxmış, dindən istifadə etmə vasitələridir. Mübariz Qurbanlının reket mollar haqqındakı açıqlaması tamamilə yerindədir. Lakin buna qarşı alternativ addımlar atılması barədə də düşünmək lazımdır. İlk növbədə mətbuata açıqlanmasa da, komitə hətta məscidlərdə məsələ üzərində mətbuata açıqlanmayan bir çox işlər görür. Həmin tədbirlərə dəstək üçün insanlar da məsələdə daha çox məsuliyyətli və cavabdeh davranmalıdır. Məsələn, bir insan vəfat etdikdə, kimisə dəvət edib, Quran oxutmaqdansa, həmin mərasimlərə xərclənən vəsaitlə yetimlərə, qoca və ya uşaq evlərinə yardım etməklə daha çox savab qazanmaq olar. Dində qeyd edilməyən məsələləri peşə halına gətirən insanlar var ki, onlara daha tez təsir etmək olar. Sözsüz ki, işsiz insanı bu istiqamətə çəkərək, bir növ təmin etmək və fəaliyyətinə şərait yaratmaq daha asandır”.

E. Miri onu da əlavə edib ki, bu məsələlərin artmasına səbəb maarifləndirmənin aşağı səviyyədə olmasıdır:

“Mollalardan başqa, bir misal gətirim. Deməli, Amerikada özünü əvvəl Mehdi, indi isə peyğəmbər adlandıran bir şəxs fəaliyyət göstərir. Bu adam özü “Qurani-Kərimi” ərəb dilində üzündən oxuya bilmir, lakin özünü insanlara peyğəmbər kimi qəbul elətdirir. Onun yolu ilə o qədər insanlar gəlir ki, artıq şəxsi televiziyası, saytları fəaliyyətə başlayıb. Hətta Quran tərcüməsi ilə məşğuldur. Ona görə də maarifləndirmə tədbirləri yüksək olmalıdır, bunlardan pul qazanan insanların məsuliyyətli davranışları olmalıdır. Hətta yeri gələrsə, bu məsələlərlə bağlı inzibati cəza tətbiq edilərək, qarşısı alınmalıdır”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair mətbuat konfransında Azərbaycanda reket jurnalistlər olduğu kimi reket mollaların da fəaliyyət göstərdiyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az