ELŞAD MİRİ ARAŞDIRDI: CƏNNƏTLİK KİŞİLƏRƏ VERİLƏN “QIZLAR” KİMLƏRDİR?! – VİDEOÇIXIŞ

Cənnətdə kişilərə mükafat olaraq veriləcək “hüri”lər…
Tanınmış ilahiyyatçı Elşad Miri artıq uzun müddətdir ki, sosial şəbəkələrdə də geniş müzakirə mövzusu olan Cənnətdə kişilərə mükafat olaraq veriləcək “hüri”lərlə bağlı deyilənləri geniş və izahlı açıqlayıb.
“Din.az” bildirir ki, özünün də dediyi kimi ilahiyyatçı təqdim etdiyi videoda Quranda 78-si “Nəbə” surəsinin 33-cü ayəsinin düzgün izahını verməyə çalışıb. İslamda qadınlarla kişilər arasında fərq qoyulmadığını, qadınların aşağı səviyyədə tutulmadığını, lakin insanların onları yaradan Allahın yaratdıqlarına sanki etiraz edərək qarşı çıxmalarını təəssüf hissi ilə bildirib.
İlahiyyatçı həmçinin qeyd edib ki, bu ayənin araşdırılması üçün uzun bir müddət sərf edib, bu sahənin alim və professorları ilə məsləhətləşib. Uzun araşdırmalardan sonra insanlar arasında Allaha qarşı yaranmış bu fikirlərə aydınlıq gətirmək üçün bu videonu paylaşmağı rəva bilib.
Elşad Mirinin həmin videoçıxışını sizə təqdim edirik: