Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ektor Kuper: “Ramazan bugünkü məğlubiyyət üçün bəhanə deyil”

“Ramazan ramazandır. Onun oyuna təsir etdiyini söyləmək çətin məsələdir”.

“Misir futbolçuları müsəlman orucuna çoxdan öyrəşiblər”.

Din.az bildirir ki, bunu futbol üzrə Misir yığma komandasının baş məşqçisi Ektor Kuper DÇ-2018-də Uruqvaya 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

O bildirib ki, futbolçular meydanda əllərindən gələni ediblər:

“Ramazan ramazandır. Onun oyuna təsir etdiyini söyləmək çətin məsələdir. Bu, bugünkü matç üçün bəhanə deyil. Yenə də, bütün misirli oyunçular artıq çoxdan buna öyrəşiblər. Bilirdik ki, qabaqda bizi çətin oyun gözləyir və xeyli istirahət etmişdik”.

Oyundan bir gün əvvəl Rusiyanın Yekaterinburq şəhərinin müsəlman icması Misir yığmasının futbolçularını Ramazan bayramını birlikdə qeyd etməyə dəvət ediblər. Misirlilər oyuna hazırlıq səbəbindən dəvəti cavabsız qoyublar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az