Əfqanıstanda məscidə raket atdılar – 31 ölü, 50-yə yaxın yaralı

Cümə namazı zamanı məscidə bir neçə raket atılıb.
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məscidə cümə namazı zamanı bir neçə raket atılıb.
Din.az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində 31 nəfər həlak olub. 50-yə yaxın yaralının olduğu deyilir.
Hücumlarla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.