Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Düşməni tövbə etməyə məcbur etməliyik – Ruhani

Benzindən əldə edilən gəlirlər ehtiyacı olan şəxslərə ödəniləcək.

İran prezidenti Həsən Ruhani sanksiyalardan irəli gələn problemlərin həll edilməsi üçün müzakirələr də daxil olmaqla bütün seçimlərdən istifadə etməyə hazır olduqlarını bəyan edib.

Din.az xəbər verir ki, bu barədə o, nazirlər kabinetinin toplantısında deyib. Ruhani bildirib ki, benzinin qiymətinin artırılması nəticəsində yanacaqdan istifadə 20 milyon litr azalıb.
“Bu o deməkdir ki, biz, benzin ixracını artıra bilərik. Benzindən əldə edilən gəlirlər ehtiyacı olan şəxslərə ödəniləcək” – deyə Ruhani qeyd edib:

“Şübhəsiz, gəlirlərin azalması bank sektoru və neft sahəsi başda olmaqla əhalinin həyat tərzinə təsir göstərir. Ya bu sanksiyaların öhdəsindən gəlməliyik, ya da düşməni tövbə etməyə məcbur etməliyik”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az