DURMADAN ARTAN MÜSƏLMAN ERMƏNİLƏR, AZƏRBAYCANI GÖZLƏYƏN BÖYÜK TƏHLÜKƏ – GÜRCÜSTANDA NƏLƏR BAŞ VERİR?!

“Ermənilərin islamı qəbul etməsinin pərdə arxasında hansı məqamlar var?”
Ötən gün erməni gənc Edqar Saakyanın müsəlman olması haqda xəbərlər mediada gündəm olub.
Hətta erməni gənc adından da imtina edərək müsəlman olan Əbubəkiri seçib. Edqar bildirib ki, o azərbaycanlı dostlarının sayəsində islam dinini qəbul edib. Maraqlı tərəf ondadır ki, son zamanlar İslamı qəbul edən ermənilərin sayı artıb. Bəs ermənilərin islamı qəbul etməsinin pərdə arxasında hansı məqamlar var? Onlar həqiqətən İslamı saflaşmaq və paklanmaq üçün qəbul edirlər, yoxsa bu məsələdə siyasət daha önəmli rol oynayır?!
Din.az bildirir ki, “A24.az” məsələnin şübhəli tərəflərini aydınlaşdırmağa çalışarkən Fazil Mustafanın münasibətində çox maraqlı bir faktla qarşılaşdı. Millət Vəkili bildirdi ki, ermənilərin bu addımı İranın təsiri ilə atması daha realdır.
“Gürcüstan müsəlmanları saytının fəaliyyətinə diqqət etsəniz İrandan yönləndirildiyi məlum olur və bu, insanın düşüncəsinin dəyişməsinə xidmət edir. Əgər diqqət etsək görərik ki, baş yarmaq, cəhalət, nadanlıq Gürcüstan tərəfindən stimullaşdırılır. Sinəsinə döyməyi Gürcüstan polisi də, hüquq mühafizə orqanlarının işçiləri də eyni qaydada təkrarlayır. Hətta kilsə də bu istiqamətdə onlara dəstək verir. Bilsəydilər ki, islam elm oxumağa, savadlanmağa, cəhalətdən qurtulmağa yönələn bir dindir, onun qarşısını alardılar”.
Fazil Mustafa Gürcüstanda yaşayan soydaşlarımızın dini baxışından da danışıb.
“Bizim vətəndaşlarımız İranın təsiri ilə soydaşlıq, Azərbaycana sevgi kimi duyğulara girirlər. Biz istərdik ki, onlar dini yox milli motivlərlə Azərbaycana bağlansınlar. Bu məsələlər üzərində ciddi şəkildə düşünmək lazımdır. Gördünüzmü elat bayramının qarşısını necə incəliklə aldılar. Çünki milli oyanışa maraqlı deyillər. Amma nadanlığa sürüklənən, baş yarmaq, sinə döymək kimi əməllərin stimullaşdırılmasına şərait yaradırlar. Ona görə də bu cür müsəlmanlığın bizə nə qədər dırnaqarası xeyiri dəyibsə, Gürcüstan kütləsinə də o qədər dəyəcək”- deyə millət vəkili əlavə edib.
Millət vəkili onu da əlavə edib ki, ermənilərin hansı motivlərlə müsəlmanlığı qəbul etməsini araşdırmaq lazımdır.
“Erməni nəyi qəbul edir-etsin ermənidir. Bu onun xislətini, xarakterini dəyişmir. Saxta İslam anlayışı ilə mövcud olmaqdansa dini inancı olmaması daha faydalıdır. Bu cür müsəlmanlığa ermənilərin də qatılması, bir sıra təxribatçı qüvvələrin yetişməsinə şərait yaradacaq”.