Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dünyanın ən rəngli məscidi görənləri heyrətləndirir – FOTOLAR

Nasir al-Mulk məscidi rəngarəng quruluşu ilə görənləri heyrətləndirir.

İranın Şiraz şəhərində yerləşən və “Çəhrayı məscid”olaraq da adlandırılan Nasir al-Mulk məscidi rəngarəng quruluşu ilə görənləri heyrətləndirir.

Din.az bildirir ki, məscidin cənub hissəsində yerləşən rəngli şüşələrdən səhər saatlarında içəridə görülən rənglər cəzbedici bir atmosfer yaradır. Bu səbəblə səhər saatlarında məsciddə ziyarətçi sayı çox olur.


Məscidin dekorativ şüşələrində çəhrayı rəng üstünlük təşkil etdiyinə və işığın bu rəngin hakimiyyətini daha çox hiss etdirdiyinə görə “Çəhrayı məscid” adlandırılır.

Məscid Qətər kralı Mirzə Həsən Əli Nasir Əl-Mülkün əmri ilə 1876-1888-ci illər arasında inşa edilib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az