Dünyada oruc tutma müddətləri

Şimal şəhərlərdə yaşayan müsəlmanlar, cənuba görə daha uzun müddət oruc tuturlar.
Dünyanın şimal yarımkürəsində yaz, cənub yarımkürədə isə, payız mövsümünün baş verdiyi günlərə təsadüf edən bu ilki Ramazan ayında, oruc tutma müddətləri də şimaldan cənuba azalan gün işığı müddətlərinə bağlı olaraq, cənubdakı yaşayış yerlərindən şimaldakı yaşayış yerlərinə getdikcə artır.
Din.az -a istinadən bildirir ki, Ramazan ayının ilk günündə 68 dərəcə şimal enliyində yerləşən Rusiyanın Murmansk şəhərində imsak vaxtı ilə iftar vaxtı arasındakı müddət 20 saat 45 dəqiqə olsa da, 54 dərəcə cənub enliyindəki Argentinanın Uşuaia şəhərində imsak vaxtı ilə iftar vaxtı arası yalnız 11 saat təşkil edir.
Şimaldakı şəhərlərdə yaşayan müsəlmanlar, cənuba görə daha uzun müddət oruc tuturlar.
Oruc tutulan müddət İslandiyanın paytaxtı Reykyavikdə 19 saat 26 dəqiqə, Norveçin paytaxtı Osloda 18 saat 43 dəqiqə, İsveçin paytaxtı Stokholmda 18 saat 38 dəqiqə, Şotlandiyanın paytaxtı Edinburqda 18 saat 14 dəqiqə, Danimarkanın paytaxtı Kopenhagendə 18 saat 12 dəqiqə, Almaniyanın paytaxtı Berlində 17 saat 54 dəqiqə, Böyük Britaniyanın paytaxtı Londonda 17 saat 51 dəqiqə, Fransanın paytaxtı Parisdə 17 saat 9 dəqiqə, Rusiyanın paytaxtı Moskvada 16 saat 23 dəqiqə, Kanadanın iri şəhəri Torontoda 15 saat 58 dəqiqə, İtaliyanın paytaxtı Romada 15 saat 55 dəqiqə, Yunanıstanın paytaxtı Afinada 15 saat 48 dəqiqə, İranın paytaxtı Tehranda 15 saat 26 dəqiqə, ABŞ-ın paytaxtı Vaşinqtonda 15 saat 21 dəqiqə, Livanın paytaxtı Beyrutda 15 saat 16 dəqiqə, İraqın paytaxtı Bağdadda 15 saat 14 dəqiqə, Pakistanın paytaxtı İslamabadda 15 saat 14 dəqiqə, Qüdsdə 15 saat 6 dəqiqə, Misirin paytaxtı Qahirədə 15 saat 6 dəqiqə, Hindistanın paytaxtı Yeni Dehlidə 14 saat 51 dəqiqə, Səudiyyə rejiminin paytaxtı Ər-Riyadda 14 saat 37 dəqiqə, Efiopiyanın paytaxtı Əddis Əbəbədə 13 saat 44 dəqiqə, Keniyanın paytaxtı Nairobidə 13 saat 17 dəqiqə, Braziliyanın Rio de Janeyro şəhərində 12 saat 28 dəqiqə, Cənubi Afrikanın Keyptaun şəhərində 12 saat 4 dəqiqə, Çilinin paytaxtı Santyaqoda 12 saat 4 dəqiqə və Argentinanın paytaxtı Boynes Ayresdə 12 saat 2 dəqiqə təşkil edir. / Deyerler.org