Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dünyada müsəlmanların 2050-ci ilə olacaq sayı ilə bağlı – PROQNOZ

2050-ci ildə İslam dini dünyanın birinci dini olacaq.

“Din.az” bildirir ki, “İslamazeri.az”ın “Pewresearch” saytına istinadən verdiyi xəbərə əsasən, ABŞ-dakı bir araşdırmalar mərkəzi islam diniylə bağlı yeni proqnoz verib.

Vaşinqtonda yerləşən “Pew” araşdırmalar mərkəzinin hesabatına görə, 2050-ci ildə İslam dini dünyanın birinci dini olacaq.

Hesabata əsasən, 2010-cu ildə müsəlmanların sayı 1.6 milyard, yəni dünya əhalisinin 23%-nə bərabər olub. Həmin ildə xristianların sayı 2.2 milyard (dünya əhalisinin 31%-i) olub.

Araşdırmalar mərkəzinin əldə etdiyi qənaətə görə, 2050-ci ildə 2 din nümayəndələrinin sayı bərabərləşsə də, bu tarixdən sonra islam dünyanın birinci dini olacaq.

Mərkəz bunun əsas səbəbini, müsəlman ailələrin xristianlara nisbətdə daha çox övlada sahib olmaları olduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az