Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

DÜNYA İNSAN ÜÇÜN BƏZƏKLİ VƏ CƏLBEDİCİ YARADILIB

“Maddi mənada alınan zövqlər müvəqqətidir”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

İnsan üçün saysız-hesabsız nemət yaradılıb. Lakin həyatın əsl gözəlliklərini görmək və həyatdan həqiqi mənada zövq almaq üçün maddi cəhətimiz zəifdir. Maddi mənada alınan zövqlər müvəqqətidir, gözəllikləri dərk etmək üçün isə insanın ruhunda daimi izlər buraxır. Məsələn, gözəl bir gül, insan üçün yalnız gözəl rəngləri və qoxusu olan bir bitki deyildir. Onu yalnız beyinlə deyil, qəlb gözü ilə də görən insan Allahın möhtəşəm sənətinin incəliklərini də görür və bu baxış onda dərin dəyər və heyranlıq hissi yaradır.

İnsan həqiqətən görməsi vacib olanı yalnız qəlb gözüylə də baxdığı təqdirdə görür. Çünki yalnız göz həqiqəti görmək üçün kifayət etmir.

Belə olmadıqda bizim üçün hər şey yalnız maddi cəhətdən ibarət qalacaq və bu dar baxış müəyyən mənada bizi ağıllı cihazlara çevirəcəkdir.

Həyata çox bağlı olan, sanki əbədi yaşayacaqları düşüncəsində olan insanların əksəriyyətinin həyatdan istədiklərini ala bilməmələrinin və həyatı bu qədər sevmələrinə baxmayaraq, yenə də tam razı qalmamalarının əsas səbəblərindən biri, həyata dar baxışlarının olmasıdır. Nə qədər çox şeyimiz olsa da yenə də həyat bizə maraqsız gəlir. Hər gün məşğul olduğumuz plan və proqramlarımız bir müddət sonra bizi boğmağa başlayır.

Halbuki həyatımıza əsl məna verəcək olan, həyatımızı Allahın boyası (dini) ilə rəngarəng etməyimizdir. İnsanın yaradılışına tam uyğun olan həyat tərzi, Allahın insana göndərdiyi dindir.

“(De) Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!” («Bəqərə» surəsi, 138)

Allah bizi təmiz və gözəl şəkildə yaradıb. Biz isə öz əlimizlə öz-özümüzə xəyanət edərək özümüzü çirkləndirmişik. “Həqiqət budur ki, biz insanı ən gözəl şəkildə yaratdıq, sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat­ hazırlanmışdır.

Elə isə, (ey insan) nədir bu əxlaqi dəyərləri (dini, yaxud hesab gününü) yalanlamağa səbəb olan? Allah hökm verənlərin ən yaxşı hökm edəni deyil?” (“Tin” surəsi, 4-8)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az