Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Dünya ictimaiyyəti dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır”

“Uşaqlar ölür. Bundan daha pis nə ola bilər?”

“Dünya ictimaiyyəti Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı birləşmələrinin atəşə tutulması nəticəsində dinc sakinlərin həlak olmasına çox ciddi yanaşmalıdır”.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, bunu Bakıda aşkenazi yəhudilərinin baş ravvini Şneor Siqal deyib.

Onun sözlərinə görə, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün yüksək səviyyədə tədbirlər görülməlidir:

“Daha da pisi gözləmək lazım deyil. Uşaqlar ölür. Bundan daha pis nə ola bilər? Ümid edirəm ki, dünya ictimaiyyəti bununla bağlı düzgün addımlar atacaq”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az