Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DTX rəisi: “İslamiada zamanı təhlükəsizlik təmin olunacaq”

“İslam Həmrəylik Oyunlarında təhlükəsizlik təbii ki, təmin olunacaq”.

“Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun”.

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu vurğulayıb: “Azərbaycan prezidenti İlham Əliyev bu ili “İslam Həmrəyliyi ili” elan edib. Bu çərçivədə yarış Azərbaycanda keçiriləcək. Tədbirin təhlükəsizliyi təbii ki, təmin olunacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az