Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət müşaviri: Sağlam dini mühitimizi pozmağa cəhd göstərən qüvvələr var

Azərbaycanın sağlam dini mühitini pozmağa cəhd göstərən qüvvələr var.

Azərbaycan dövləti ölkəmizin sağlam dini mühitini pozmağa cəhd göstərən bədxah qüvvələrin üstündən xətt çəkə bilir.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev deyib.

45528_src

Dövlət müşaviri qeyd edib ki, Azərbaycanın sağlam dini mühitini pozmağa cəhd göstərən qüvvələr var.

K.Abdullayevin sözlərinə görə, Azərbaycanın inkişafını görmək istəməyən bədxah qüvvələr ölkəmizdə qarışıqlığın olması üçün çalışırlar:

“Amma bu gün Azərbaycan dövləti ona görə güclüdür ki, bütün bunların üstündən xətt çəkə bilir və ölkəmizi inkişaf yoluna apara bilir. Qarşıdakı illər ərzində də Azərbaycandakı sağlam dini mühitin pozulacağına inanmıram. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük müdrikliklə 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi onu göstərdi ki, Azərbaycan dini müstəvidə həm islam ölkələri daxilində, həm də islam ölkələri ilə digər konfessiyaların daşıyıcıları olan ölkələr arasında islam həmrəyliyinin mərkəzinə çevriləcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az