Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dövlət Komitəsinin şöbə müdiri: “Qəbir yerlərinin satılmasının qarşısı alınacaq”

“Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib.

“Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək”.

Din.az “Report”a istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Şöbə rəisi bildirib ki, qəbirlər sıra nömrələrinə uyğun olacaq: “Bu, neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu… Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az