Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ: “HƏLƏ DƏ İNSANLARIN YANLIŞ DİNİ TƏSƏVVÜRLƏRİ VAR”

“Bir çox insanların təfəkküründə yanlış dini təsəvvürlər, stereotiplər mövcuddur”.

“Azərbaycanda yüzdən çox millət və etnik qrupların, azsaylı xalqların nümayəndələri yaşayır. Onlar öz ailə mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, qarışıq nikahlar da qururlar”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, terrorizm əsasən savadsızlığın, ədalətsizliyin hökm sürdüyü cəmiyyətlərdə baş qaldırır: “Bundan daha çox qadınlar və uşaqlar əziyyət çəkirlər. Bütün bu problemlərin həllində ən yaxşı vasitə təhsil və düzgün maarifləndirmədir. Əfsuslar olsun ki, hələ də insanların təfəkküründə yanlış dini təsəvvürlər, stereotiplər var. Bəzi ortodoksal dini icmalar, sektalar isə bundan öz destruktiv fəaliyyətlərində istifadə edirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az