Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Dövlət Komitəsi: 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb

DQİDK dini kurslarla bağlı statistika açıqladı.

Respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb.

Din.az “Trend”ə istinadən bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə, respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az