Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DÖRD İNCİL NƏ ZAMAN YAZILDI?

Xristianların fikrincə İsa (ə) vəhyi bildirən peyğəmbər deyil, ilahi vəhyin özüdür.

Yeni Əhdin dörd incil kimi adlanan hissəsi Matta, Markus, Luka və Yuhanna adlı kitablardan ibarətdir. Bu dörd kitab İsa (ə) həyatda olarkən deyil, onun vəfatından təxminən 40 il sonra sonra yazılıb.

Xristianların müqəddəs kitabı ilə bağlı aparılan araşdırmalar Markusun 70-71-ci illər, Matta və Lukanın 90-100-cü illər, Yuhannanın isə 100-120-ci illər arasında yazıldığını göstərir. Yeni Əhdin ilk dəfə yazılan hissəsinin bu dörd İncildən biri deyil, Pavlusun selaniklilərə yazdığı ilk məktub olduğu ehtimal edilir. Bu məktubun 48-ci ildə, yəni İsanın (ə) vəfatından sonra yazıldığı qəbul edilir. Bundan başqa, həmin məktubu yazan şəxsin, yəni Pavlusun fikirlərinin özündən sonra yazılan mətnlərə təsir etdiyi ehtimal olunur.

 

Pavlus İsanı (ə) görən həvarilərdən biri olsa da İudaizmdəm deyil, bütpərəstlikdən Xristian dininə keçən şəxslərin həvarisi elan edib. Pavlus onları xristianlaşdırmağa çalışdığı halda, Musanın (ə) monoteist dininə əhəmiyyət verməmiş, Tanrı əvəzinə İsanın (ə) vurğulandığı və ilahiləşdirdiyi din anlayışını mənimsətməyə çalışıb.

 

Bugünkü xristianlarının əksəriyyəti İsaya (ə) kitab verildiyini, yaxud onun kitab yazdığını qəbul etmirlər. Çünki onların inancında İsa (ə) vəhyi bildirən peyğəmbər deyil, ilahi vəhyin özüdür. Lakin Quran “Ali-İmran” surəsinin 48-ci ayəsində “Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək” deməklə xristianların İsaya (ə) kitab verilməməsilə bağlı iddialarını açıq şəkildə rədd edir.

                                                                                                                               “Din.az” “dinlertarihi.info”-ya istinad edir

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az