Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb

Qətərlə diplomatik münasibətlər gərginləşir.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də  Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.

Qətər XİN rəhbəri bütün ittihamları rədd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az