Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

DONALD TRAMP QURANİ-KƏRİM DİNLƏDİ – FOTO – VİDEO

İlk prezidentdən başlayan adət-ənənə…

ABŞ-ın yeni prezidenti Donald Tramp Amerika ənənələrində yer alan Milli Katedralda dini mərasimə qatılıb.

“Din.az” “A24.az”a istinadən bildirir ki, yanvarın 20-də and içərək ABŞ-ın 45-ci prezidenti olan Donald Tramp növbəti gün Vaşinqtondakı Milli Katedralda İslam dini da daxil olmaqla 26 fərqli din və məzhəbdən olan tənsilçilərin iştirak etdiyi dini mərasimə qatılıb.

ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqtondan bu günə qədər davam edən dini mərasimə Tramp, xanımı Melania Tramp, prezident köməkçisi Mike Pence və həyat yoldaşı Karen Pence ilə qatılıb.

ABŞ-dakı ən təsirli müsəlman təşkilatlarından olan ADAMS Mərkəzinin sədri İmam Məcidin də iştirak etdiyi dini mərasimdə xristianlıq, yəhudilik və hinduizm kimi fərqli dinlərin təmsilçiləri də yer alıb.

Qurani-Kərim dinlədi…

İmam Məcid 45-ci ABŞ prezidenti Donald Trampa güclü bir mesaj vermək üçün Quranın bəzi ayələrini oxuyub. İmam Məcid “Hucurat” surəsi, 13-cü ayə ilə “Rum” surəsi 22-ci ayəni kilsədə oxuyub.

Tramp və xanımının diqqəti nəzərlərdən yayınmayıb…

Tramp Qurani-Kərim oxunduğu zaman onun duruşu və xanımı Melania Trampın hərəkətləri nəzərlərdən qaçmayıb.

Seçki kompaniyası zamanı İslamofobik fikirləri ilə daim diqqət mərkəzində olan və müzakirələrə yol açan Tramp qatıldığı dini mərasimdə də “radikal İslami terrorizmi yer üzündən siləcəyini” yenə dilə gətirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az