Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Donald Tramp Mahmud Abbasla görüşüb

“İki xalq üçün iki dövlət” prinsipi əsasında bölgədə sülh yaranacaq”.

ABŞ prezidenti Donald Trampın mayın 23-də Fələstin dövlətinin başçısı Mahmud Abbasla İordan çayının Qərb zolağında yerləşən Beytüllahim şəhərində keçirilən görüşü başa çatıb.
Din.az “Report”a istinadən bildirir ki, dövlət başçılarının birinci görüşü Ağ evdə olub.


Mahmud Abbas bildirib ki, D.Trampın hakimiyyətə gəlişi ilə “iki xalq üçün iki dövlət” prinsipi əsasında bölgədə sülhün yaranacağına, İsrailin 1967-ci il sərhədlərinə çəkilməsi ilə bütün problemlərin ədalətli həllinə ümidi artırıb.
Donald Tramp isə qeyd edib ki, M.Abbas ona tərəflərin sülhə nail olmasına yardım edəcəyini vəd edib: “Mən uzunmüddətli sülh əldə edilməsi üçün səy göstərmək niyyətindəyəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az