Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DİQQƏTLİ OLUN: XRİSTİAN MİSSİONERLƏRİN TƏLƏSİNƏ DÜŞƏ BİLƏRSİNİZ – FOTO

Dini sektalarından birinə məxsus təbliğat vasitələri aşkar edildi.

Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər.

Din.az bildirir ki, bütün bunları ölkə.az-ın əməkdaşı izləyib.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartının turistlərə verilməsi diqqətdən yayına bilməzdi. İranlı turistlərdən xahiş edib fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarına baxdıqda isə məlum olur ki, bu xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələridir. Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində “musiqi parçaları var” deyilsə də, əslində, müxtəlif dillərdə – Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb.

Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarının içərisində olan səs yazılarını silmək mümkün olmur. Kimsə onu götürüb, “İçindəkini silərəm, hazır fləş-kart və telefonlar üçün mikro yaddaş kartıdır” deyərsə, yanılar. Onları silmək üçün mütləq peşəkar kompüter mütəxəsislərinə müraciət etməlidir.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşıblar. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az