Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Dinşünas ateistin cavabını verdi

İlahiyyatçı Elşad Miri facebook profilində tezis.az saytının Baş redaktoru Taleh Şahsuvarlını ad çəkmədən zavallı adlandırıb. Buna səbəb isə ikincinin sosial şəbəkədə yazdığı status olub: «İslama və onun Allahına inanmaq üçün Türkiyə-İspaniya oyununa baxmaq kifayətdir. Axı hər şey Allahın əlindədirsə, oruc tutan komanda niyə uduzmalıdır kafirlere?)))» Din.az Elşad Mirinin paylaşdığı statusu olduğu kimi təqdim edir: İnanın […]

İlahiyyatçı Elşad Miri facebook profilində tezis.az saytının Baş redaktoru Taleh Şahsuvarlını ad çəkmədən zavallı adlandırıb. Buna səbəb isə ikincinin sosial şəbəkədə yazdığı status olub: «İslama və onun Allahına inanmaq üçün Türkiyə-İspaniya oyununa baxmaq kifayətdir. Axı hər şey Allahın əlindədirsə, oruc tutan komanda niyə uduzmalıdır kafirlere?)))»

Screen Shot 2016-06-18 at 12.05.23

Din.az Elşad Mirinin paylaşdığı statusu olduğu kimi təqdim edir:

Screen Shot 2016-06-18 at 12.27.13İnanın söz tapa bilmirəm, insan bu dərəcə “ağıl dəryası” ola bilər?

Bir daha dəqiq deyə bilərəm ki, AZƏRBAYCANDA HƏQİQİ ATEİST YOXDUR!

Olanlar, yaxud olduğunu iddia edənlər də ya özlərini ağıllı göstərmək, ya başqalarından fərqlənmək, ya da kimlərinsə gözünə girmək üçün bu seçimi edirlər.

Məntiq dağarcığına baxın…

“İslama və onun Allahına inanmaq üçün Türkiyə-İspaniya oyununa baxmaq kifayətdir. Axı hər şey Allahın əlindədirsə, oruc tutan komanda niyə uduzmalıdır kafirlere? )))”

  1. Futbol oyunu ilə İslam haqqında əlaqə qurmaq zavvallılıqdır.
  2. Bu oyunun, ümumiyyətlə, dinə aidiyyatı yoxdur.
  3. Komanda oruc tutmur, komandanın fərdlərinin tutub-tutmaması isə öz işləridir, sənin yox.
  4. Əgər haqlısansa, komandanın baş məşqçisi oyunçuların yerinə oruc tutacağını deyəndə də heç olmasa gülməli idin ki, bu nə təfəkkürdür?
  5. Səfərdə oruc tutub-tutmamaq da hər kəsin öz işidir.
  6. Qarabağ futbol komandası niyə oruclu ikən qələbə qazananda demirdin ki, oruclu olduğuna görə bizi sevindirə bildilər.
  7. Allah kimə əmr edib ki, gedin futbol oynayın, sizə qələbə qazandıracam?
  8. Allahın bu dünyada qoyduğu qayda-qanunlar var. Dinindən asılı olmayaraq, həmin qaydalara kim tabe olacaqsa, o da müvəffəq olacaq.
  9. Bu yazıqlar, hələ də bilmirlər ki, futbol oynanan saatlarda oruclu olmurlar…
  10. Oruc tutan adamın ayağına tikan batsa, bunu da orucla əlaqələndirəcək qədər zavallı olan «ağıllılarımız» hələ də var…

 

 

 

 

 

MÜZAKİRƏ

2 şərh Dinşünas ateistin cavabını verdi üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az