Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini şuranın rəhbəri öldürüldü – Əfqanıstanda

Öldürülən şəxslərdən biri dini şuranın rəhəbəridir.

Əfqanıstanın şərq vilayəti olan Kapisdə silahlılar iki nəfəri öldürüb.

Din.az bildirir ki, bu barədə “Associated Press” xəbər verib.

Qeyd olunur ki, öldürülənlərdən biri dini şuranın rəhəbəridir. Vilayət qubernatorunun sözlərinə görə, hücumun hədəfi məhz dini şuranın rəhbəri Molla Gül Məhəmməd Hənafər olub. O, aldığı ağır yaradan xəstəxanaya aparılarkən ölüb.

Hadisə zamanı həmçinin dini şura rəhbərinin cangüdəni də həlak olub. Bildirilir ki, hadisə motosikldən istifadə edən silahlılar tərəfindən həyata keçirilib. Hanafər avtomobilindən düşərkən silahlılar ona atəş açıblar. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az