Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib – FOTO

Mübariz Qurbanlı vətəndaşların müraciətini diqqətlə dinləyib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşları qəbul edib.

“Din.az” Trend-ə istinadən bildirir ki, DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, eləcə də burada məskunlaşan Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak ediblər. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri M.Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzüb, xatirəsini anıblar.

Qəbulda 20-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən “Quran” kurslarının təşkili, dini icmaların dövlət qeydiyyatı, məscidlərdə veb kameraların quraşdırılması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və tikintisi, eləcə də digər məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri M.Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az