Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DİNİ LİDERLƏRİN MOSKVA GÖRÜŞÜ – DAĞLIQ QARABAĞ MƏSƏLƏSİ…

“Dini rəhbərlərin gürüşünün Dağlıq Qarabağ məsələsinə ancaq müsbət təsiri ola bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskvada bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçiriləcək.

Görüş Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin təşkilatçılığı ilə baş tutacaq. Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.

“Dini rəhbərlərin gürüşünün Dağlıq Qarabağ məsələsinə ancaq müsbət təsiri ola bilər”.

Din.az bildirir ki, bu sözləri Metbuat.az-a açıqlaması zamanı millət vəkili Fəzail İbrahimli bildirib.

“Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu məsələdə həmişə humanist düşüncə tərəfdarı olub. O, Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə həllinə tərafdardır. Amma bu məsələdə aqressiv mövqe tutan Ermənistan tərəfidir. Hər halda, bu məsələləri dini xadimlər yox, siyasi xadimlər beynəlxalq hüquq norması çərçivəsində həll edir. Amma dini liderlərin görüşməsini özlüyümdə müsbət bir hadisə kimi qiymətləndirirəm”.

Millət vəkili əlavə etdi ki, Azərbaycan tərəfi bütün dünyaya bəyan edib və qəti fikrini bildirib ki, Azərbaycanda ikinci bir erməni dövlətinin yaradılamsına rəvac verilməyəcək:

“Cənab prezident Avropa Şurasında çıxışı zamanı bütün dünyaya bəyanat xarakterli fikir söylədi. Avropada olan deputatlar bilməsə də, Ermənistanda olan deputatlar çox yaxşı bilir ki, bugünkü Ermənistan Azərbaycan torpaqları üzərindədir. Biz güzəşt etdik, torpaq verdik, siz dövlət yaratdınız. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan heç vaxt razı olmayacaq. Bu, bir bəyanat xarakterli çıxış idi. Həmin an zalda olan Avropa Parlamentinin deputatları içərisində qəribə bir əhval ruhiyyə yarandı. Çünki onlara İrəvanın Azərbaycan torpağı olması məlum deyildi. Yəni, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlarda olan zaman bildirilib ki, Azərbaycanda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Təbii ki, bu dövlətin siyasi xəttidir. Azərbaycanın milli mənafeyidir. Burada başqa variant ola bilməz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az