Dini Komitə: Multikultural dəyərlərə zidd fikirlərin yer aldığı 30 kitabın çapına icazə verilməyib

“Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayıb”.
“2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib”.
Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin yer alması və müəyyən məqsədlərlə bağlı çap edilməsi olub: “Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayıb. Onların sayı təxminən 800-ə yaxındır”. / Report.az