Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

DİNDARLAR ROMA PAPASININ FİKİRLƏRINƏ ETİRAZ ETDİ: “TANRIYLA ƏDAVƏT APARA BİLƏRİK”

“Tanrının atalığı – bizim ümidimizdir”.

Papa Fransiskin keçən həftə səsləndirdiyi “Tanrı, insansız Tanrı ola bilməz!” şərhi din xadimləri və digər dindarlar arasında kəskin mübahisələrə səbəb olub.

“Tanrının atalığı – bizim ümidimizdir” mövzusunda çıxış edərkən, Papa Fransisk bir qrup ziyarətçi və digər dindarlara izah etməyə çalışmışdır ki, Müqəddəs kitaba əsasən, insanı tək qoymaq Tanrının təbiətinə ziddir.

Din.az “A24.az”a istinadən bildirir ki, Papa çıxışında “Əziz bacı və qardaşlar! Biz tənha ola bilmərik! Biz uzaq ola bilərik, Tanrıyla ədavət apara bilərik, hətta özümüzü “Tanrısız” elan edə bilərik. Lakin İsus Xristosun Evangelesi bizə Tanrının bizsiz qala bilmədiyini göstərir!”

“Tanrı, insansız heç vaxt Tanrı olmayacaq! O bizsiz qala bilməyəndir və bu çox böyük müəmmadır. Tanrı, insansız Tanrı ola bilməz! ”

Davamında o, bunun Tanrının insana olan atalıq sevgisi ilə əlaqəli baş verdiyini izah edib.

Əlbəttə, Papanın bu çıxışı bir mənalı qarşılanmamış, din xadimləri və dindarlar arasında müxtəlif etirazlara səbəb olmuşdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az