Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DEPUTATDAN ƏMİNİN QARDAŞI QIZI İLƏ NİKAHA GİRMƏSİNƏ SƏRT REAKSİYA

“Belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm”.

Gəncədə ailəli olan 26 yaşlı əmi 2 uşaq anası, 23 yaşlı qardaşı qızını qaçıraraq onunla dini nikaha girib. Hadisə cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

Soial şəbəkələrdə müzakirə edilən mövzuya dövlət xadimləri də münasibət bildiriblər.

“Din.az” xəbər verir ki, deputat Qənirə Paşayeva sosial media hesabında hadisəni şiddətlə qınayıb və tənqid edib.  Xanım deputat bildirib ki,  cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır.

“Gəncədə bir “insan”ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz, yəqin yanlış məlumat yayılıb deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər ikisinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm. Normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz. Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu”.

Qənirə Paşayeva qeyd edib ki,  bu məsələ ciddi araşdırılmalıdır,  buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır.  “Cəmiyyət olaraq birlikdə çalışmalıyıq. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az