Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

DAHA BİR ÖLKƏDƏ MÜSƏLMANLARA QARŞI VANDALİZM BAŞ VERDİ

523 yaşlı məscid bara çevrilir.

“Böyük Məscid” adlanan 523 illik tarixi əsərin bağçası axşam saatlarında bara çevrilir

Bolqarıstanda 523 yaşlı məscid axşam saatlarında bara çevrilir.

Din.az Sputnik.aza istinadla xəbər verir ki, Bolqarıstan vətəndaşları tərəfindən “Böyük Məscid” adlanan 523 illik tarixi əsərin bağçası axşam saatlarında bara çevrilir.

Vəziyyəti şəxsən yerində müşahidə edən Mərmərə Universitetinin əməkdaşı Neval Qonaq tarixi məscidin bağça hissəsindəki kafenin axşam saatlarında əyləncə məkanına çevrildiyini deyib.

Bolqarıstanın Başmüftiliyinin əməkdaşı Osman İbrahimov da deyib ki, məscidin bağçasındakı görüntülər içimizi ağrıdır. Müqəddəs məbədimizdə bu hörmətsizliyə yol verməməliyik.

Osman İbrahimov bu məscidin Bolqarıstan başmüftiliyinin öhdəsində olmadığın dilə gətirərək deyib ki, Bolqarıstan mülkü olaraq qəbul edilən məscidi ibadət yeri olaraq istifadə edilmir: “Ən azından istədiyimiz odur ki, məscidin bağçasında içməyə və əylənməyə icazə verilməsin”.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az