Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Corc Sorosu “Avropanın Fətullah Güləni” adlandırdılar

“Avropanın Fətullah Güləni – Corc Soros”

Macarıstanın prestijli siyasi qəzetlərindən olan “Magyar İdok”da dərc edilən məqalədə amerikalı məşhur iş adamı Corc Sorosun fəaliyyətləri FETO lideri Fətullah Gülənin fəaliyyətlərinə bənzədilib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, macar vəkil Yanos Somogi “Avropanın Fətullah Güləni – Corc Soros” başlığı ilə “Magyar İdok” qəzetində Macarıstan üçün Soros təhlükəsini FETO lideri Gülənə bənzədən məqalə yazıb. Somogi Gülənlə Soros arasında böyük bənzərliklərin olduğunu, hər ikisinin qurduğu şəbəkənin uyğun olduğunu qeyd edib.

Milyarder Sorosun öz pulları ilə kifayətlənmədiyini, siyasi təsir əldə edərək ölkələrin və xalqların gələcəyilə bağlı qərar vermək istədiyini bildirən Somogi deyib: “Soros tərəfindən idarə edilən şəbəkə, Fətullah Gülən hərəkatı və şəbəkəsilə böyük oxşarlıqlara malikdir. Həm Gülən, həm də Soros təhsil və ideologiyaya böyük əhəmiyyət verir, məqsədlərini həyata keçirmək üçün şəbəkələrini qururlar”.

Macarıstanda hökumət, macar əsilli amerikalı məşhur sərmayəçi Corc Sorosun qeyri-hökumət təşkilatlarından yerli idarəetmə orqanlarına diktə etdirmək üçün istifadə etdiyini iddia edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az