Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Çində Uyğur müsəlmanlarına yeni qadağalar qoyuldu

Çin hökuməti Uyğur Müxtar Vilayətində zülmünü davam etdirir.

Çində “dini ifratçılıqla mübarizə” səbəbilə Uyğur Muxtar Vilayətindəki müsəlmanlara qarşı qadağalardan ibarət 15 maddəlik nizamnamə hazırlanıb. Nikah, cənazə məsələləri və miras bu qadağalardan yalnız bir neçəsidir.

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, Çin hökumətinin Uyğur Müxtar Vilayətində “terrorizmə və ayrı-seçkiliyə qarşı artan hədələrlə bağlı irəli sürdüyü kampaniyadan sonra bölgədə yaşayan müsəlmanlara yeni qadağalar qoyan nizamnaməsini dərc edib.

1 apreldən etibarən qüvvəyə minəcək nizamnamədə tel çıxarmağı, saqqalı, dövlət televiziyasına baxmaqdan imtinanı, dövlət radiosuna qulaq asmağı və uşaqlarına dinlətdirməməyi qadağan edib.

Nizamnaməyə əsasən, nikah, boşanma, yaxud başqalarının toy, cənazə mərasimlərinə və miraslara qarışmaq üçün qanuni proseslər əvəzinə dini qaydalara əməl etmə ifrat hesab edilərək qadağan olunub.

Qadağalara həmçinin, qida ilə əlaqəli olmayan bölgələrdə halal anlayışının tətbiq edilməsi, yaxud başqalarının ümumbəşəri həyatlarına müdaxilə etmək üçün istifadə edilməsi də ifratçılıq kimi qəbul edilib.

Yeni nizamnəmə ilə İslami məlumat, alqı-satqı, hər hansı məhsul, video və mağazalar qadağan edilir, ictimai yerlərdə niqab taxan qadınlar haqqında dərhal təhlükəsizlik qüvvələrinə xəbərdarlıq edilməsi də qeyd olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az