Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çində türk nifrəti partladı: 10 milyon uyğur məhv edildi, bayraqları isə…

Çin Şərqi Türküstanda Türk bayrağını qadağan edib.

Çin rəhbərliyinin Sincan (Çində yeni torpaq) adlandırdığı Şərqi Türküstan, Pekin rəhbərliyinin yeni bir qadağası ilə gündəmə gəlib.

Din.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin Şərqi Türküstanda Türk bayrağını qadağan edib.

1949-ci ildə Çin tərəfindən işğal edilən Şərqi Türküstanda 25 milyon müsəlman uyğur yaşayır. Mənbələr işğaldan bu yana baş verən təzyiq və ya yoxsulluğa əsaslanan sistematik Çin siyasətinə görə 10 milyon müsəlman uyğurun həlak olduğu deyilir.

Çin hökumətinin müsəlman qadınlara hicabı qadağan etməsindən sonra şlyapa geyməyə başlayan şərqi türküstanlılara tətbiq olunan yeni qadağalar arasında şlyapa qadağası da var. Kişilərin saqqal saxlaması və gənclərin oruc tutmasının qadağan olduğu Şərqi Türküstanda Həccə getmək də rəhbərliyin qadağaları siyahısında yer alır.

Uşaqlarına Məhəmməd, Həmzə kimi müsəlman adları verməyən uyğurlar üçün Şərqi Türküstandakı dövlət orqanlarına və əhalinin görə biləcəyi yerlərə yeni lövhələr asılıb. Həmin afişalarda saqqal, hicab və aypara kimi İslam simvollarının qadağan olduğu, yerinə müasir geyimlərin təşviqi yer alıb. Qalmaqallı afişa cümhuriyyət dövründə Türk xalqına tətbiq olunan qadağaları xatırladır.

Çinin ötən günlərdə “cinayətkarların təhvili müqaviləsini”  imzaladığı Türkiyənin bayrağına qadağa da afişada yer alan yeniliklər arasındadır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az