Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Çində “Quran”ı yenidən yazacaqlar

“Quran” və “İncil” Çin Kommunist Partiyasının ideologiyasına uyğun yazılacaq.

Çində “Quran” və “İncil” Çin Kommunist Partiyasının ideologiyasına uyğun olaraq yenidən yazılacaq.

Çin dövlət xəbər agentliyi “Xinhua”, Çin Kommunist Partiyasının daimi üzvü və Baş nazirin müavini Wang Yangın rəhbərliyi ilə ölkənin ən əhəmiyyətli dini etiqad qruplarının nümayəndələrinin iştirakı ilə keçirilən simpoziumun materiallarını dərc edib.

Xəbərdə “Dini mətnlər tam qiymətləndirilməli, lazım olduqda uyğun olmayan məzmuna dəyişiklik edilməli və mətnlər yenidən tərcümə edilməlidir”, – deyə bildirilib. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az