Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Çində məscidlər dağıdılır

Çinin bəzi vilayətlərindəki dini tikililər məhv edilməkdədir.

Çin hökuməti məscid və minarələri məhv edirlər.

Din.az bildirir ki, bu barədə Lenta.ru “İndependent” nəşrinə istinadən xəbər verir.

Belə ki, Daxili Monqolustan, Xenyean, Ninsya və Hansu vilayətlərindəki dini tikililər məhv edilməkdədir. Məsələn, “Çinin kiçik Məkkəsi” adlandırılan Linsya şəhərinin kənarındakı kənddə minarələr dağıdılıb. Burada Çinin müsəlmanlarının ən böyük hissəsini təşkil edən xueylər yaşayır. Bundan başqa, hökumət Yunyan vilayətindəki üç məscidi bağlayıb, bütünlükdə ölkədə isə ərəb yazısı qadağan olunub.

Müsəlmanları düşərgələrə göndərir, onları övladlarından ayırır və öldürürlər. İyun ayında Çin hökuməti müsəlman uyğur əsirlərin işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib. Ölkənin xarici işlər naziri isə deyib ki, səhvən “təhsil və peşə hazırlığı mərkəzlərini” “əsir düşərgələri” adlandırırlar.  / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az