Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ÇİN XARİCDƏ TƏHSİL ALAN UYĞUR TÜRKLƏRİNİ GERİ ÇAĞIRDI: TƏLƏBƏLƏR HƏBS OLUNUR

Hökumət tələbələrin ailə üzvlərini girov götürdü.

Çin hökuməti may ayından etibarən xarici ölkələrdə təhsil alan uyğur türklərini ölkəyə geri çağırıb.

Din.az bildirir ki, hökumət tələbələrin geri qayıtması üçün onların ailə üzvlərini girov götürüb.

Çağırış məktubunu alan tələbələrin bəziləri ölkəyə giriş edən kimi polis tərəfindən nəzarətə götürülüb.

Hökuməti bu addımı atmağa vadar edən səbəbin uyğurların getdikləri ölkələrdə radikallaşdırılmasından qorxmasıdır. Çin, özəlliklə, Türkiyə və Misir kimi müsəlman ölkələrində təhsil alan uyğur türklərinin təbliğata meyilli olduğunu təsbit edib.

Honqkonqda yerləşən Beynəlxalq Əfv Təşkilatının araşdırmaçı nümayəndəsi Vilyam Ni Çin hökumətinin birbaşa nəzarətə ala bilmədiyi hər cür islami hərəkatı əzməyə çalışdığını, məhz bu məqsədlə türklərə basqı etdiyini bildirib.

Qahirədə yerləşən və dünyanın ən önəmli islami tədris mərkəzlərindən biri olan Əl Əzhər universitetində təhsil alan təxminən 150 uyğur türkü çağırışa uymadıqları üçün Misir polisi tərəfindən həbs edilib.

Həbs edilən tələbələrdən 22-si Çinə göndərilib, qalanları isə sərbəst buraxıldıqdan sonra Misirdən qaçıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az