Çexiyadan Qolan açıqlaması: İsrail bunu gözləmirdi

“Biz heç bir halda beynəlxalq hüququ və beynəlxalq qətnaməni pozmaq istəmirik”.
Çexiya Qolan yüksəkliklərinin işğal altında olması ilə bağlı Avropanın vahid mövqeyinə və BMT TŞ-nin müvafiq qətnaməsinə sadiqdir.
Din.az xəbər verir ki, bu sözləri Çexiya Xarici İşlər naziri Tomas Petrşiçek livanlı həmkarı Cebran Basillə görüşündən sonra deyib.
“Biz heç bir halda beynəlxalq hüququ və beynəlxalq qətnaməni pozmaq istəmirik”, – deyə XİN rəhbəri bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb. /Axar.az