Çexiyada milislər müsəlman qaçqınlara qarşı silahlandı

Çexiyada müsəlman qaçqınların axınına qarşı 2500 nəfərdən ibarət polis qüvvələrinin qurulduğu iddia edilir
Çex Respublikasında gündəlik nəşr olunan “lidove Noviny” qəzetində yer alan xəbərə görə, milislərin özlərinə “Milli Vətən Gözətçisi” adını verdiyi, qrupun ölkə miqyasındakı təqribən 90 şöbəsi və 2500 silahlısının olduğu deyilir.
“Din.az” xəbər verir ki, müsəlman qaçqınlara qarşı qurulan qrupun internet saytında, “Vətəni müdafiə etmək üçün milli polislər hazırdır” ifadələri yer alıb.
“Facebook” səhifəsində 12 mindən çox təqibçisinin olduğu qrup ölkələrində “rəngli dünya” istəmədiklərini bildirərək “Bura Çex Respublikasıdır və elə qalmaq məcburiyyətindədir” ifadələri işlədilib.
Qrupun 3 liderindən biri olan Nela Liskova, hökumət hərəkətə keçməsə insanların öz imkanları ilə bir şeylər edəcəyini açıqlayıb.
Köhnə Hərbi Kəşfiyyat Başçısı Andor Sandor isə əsgər və ya polis olmayan insanların bu vəzifələri yerinə yetirmələrinin mümkün olmadığını bildirərək, qrupun təhlükəli bir tendensiya meydana gətirdiyini söyləyib.
Rəsmi rəqəmlərə görə, qaçqınların hədəfində olmayan Çex Respublikasına 2015-ci ildə min, 2016-cı ilin ilk 3 ayında 415 nəfər müraciət edib.