Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Cənubi Afrika prezidenti: “İsrailə səfər etməyin”

“Fələstinə olan dəstəyimizi davam etdirəcəyik”.

Cənubi Afrika prezidenti Ceykob Zuma deyib: “Fələstinə olan dəstəyimizi davam etdirəcəyik”.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Afrika prezidenti Ceykob Zuma İsrailin haqsız siyasəti qarşısında Fəlistinə dəstəklərinin davam edəcəyini bildirib.

Ceykob Zuma parlamentdə açılış çıxışı zamanı İsrailin məskunlaşdırma siyasətinin, məsələnin həllinə və Oslo sazişini həyata keçirməklə bağlı qlobal səylərə zərbə vurduğunu qeyd edib.

Bu il Fələstinin İsrail tərəfindən işğal edilməsinin 50-ci ildönümü olduğunu xatırladan Ceykob Zuma deyib: “Fələstinə olan dəstəyimizi davam etdirəcəyik”.

Prezident Ceykob Zuma ötən ay Afrika Milli Konqresi Partiyasının yaranmasının ildönümü zamanı demişdi: “Fələstin xalqları ilə həmrəyliyimizin müəyyən göstəricisi kimi İsrailə səfər etməyin”.

İsrail vətəndaşlığı da olan cənubi afrikalıların İsraildə hərbi xidmət keçməmələri üçün bəzi tədbirlərin görüldüyü Cənubi Afrikada, İsraildən idxal edilən məhsulların qarşısında da bürokratik maneələr dayanır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az