Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

CƏNNƏTLİK KİŞİLƏRƏ VERİLƏN «QIZLAR»!?

“Nəbə” surəsinin 33-cü ayəsinə verilən tərcümələr …

Dilimizdəki Quran tərcümələrində “Nəbə” surəsinin 33-cü ayəsinə verilən tərcümələri qeyd edəndən sonra bu videoda düzgün tərcüməni öyrənə bilərsiniz…

Din.az dilimizdəki Quran tərcümələrində “Nəbə” surəsinin 33-cü ayəsinə verilən tərcümələri qeyd edir:

Vasim Məmmədəliyevlə Ziya Bünyadovun birgə hazırladıqları Qurani-Kərim tərcüməsində həmin ayəyə bu cür məna verilib: «Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar» («Nəbə» surəsi, 78/33).

Qurani-Kərimin Sözbəsöz tərcüməsində: «Dolğun döşlü həmyaşıd qızlar».

Məmmədhəsən Qənioğlu ilə Tariyel Bilal oğlunun Qurani-Kərim tərcüməsində: «Həmyaşıd şux döşlü (qızlar)».

Nəriman Qasımoğlunun Qurani Kərim tərcüməsində: «Sinələri düyünlənmiş yaşıd qızlar arasında…»

Rəsul İsmayılzadənin Qurani-Kərim və Azərbaycan türkcəsilə adlı tərcüməsində: «Döşləri təzə qabarmış yaşıd qızlar»

Əlixan Musayevin Qurani Kərim və Azərbaycan dilinə mənaca tərcüməsində: «Dolğun döşlü həmyaşıd qızlar»

Ayətullah Meşkini Ərdəbilinin fars dilindən ana dilimizə edilən tərcüməsində: «Nar məməli həmyaşıd qızlar».

İnsanlar Allahın kitabı olan Qurandakı bu ayəyə verilən tərcüməni oxuyandan sonra nə düşünəcəklər? İnsanların bu cür mənaya necə reaksiya vermələrini gözləyirik? Bu cür məna hər kəsin oxumalı olduğu bir kitaba yaş senzurası gətirməyimizə səbəb olmayacaqmı?

Övladlarımız bu ayənin mənasını oxuduğu zaman onlara necə cavab verəcəyik?

İlahiyyatçı Elşad Mirinin mövzu ilə bağlı səsləndirdiyi fikirlərindən ibarət videoçarxı sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az