Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

CƏNNƏT vəd edərək insanlardan pul yığıblar

Gülən yuxusunda Kəbəyə gedib, Hz.Peyğəmbər ilə görüşüb…

Hədisi-şəriflər, Qurani-Kərimdən ayələrin yanında cənnəti vəd edəcək və Həzrəti Muhammədin adından istifadə edəcək qədər irəli gedən FETÖ mənsubları, maliyyə problemlərini din istismarçılığı edərək təmin edib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ən böyük və qanlı dövlət çevrilişini gerçəkləşdirən FETÖ mənsubları, dinə xidmət etmələri özlərini ucaldaraq işlərini gizli yolla icra ediblər.

Ankara Respublika Prokurorluğunun hazırladığı iddianamədə də Gülən camaatının “İslamın yayılmasına xidmət edən, dindar gəncliyin yetişdirilməsinə, ölkəsinə, dövlətinə bağlı, çalışqan, xeyirxah bir cəmiyyət yaradılmasına, ölkəni sülhə, hüzura, əmin-amanlığa çatdırmaq üçün çalışan, məktəb və tələbə yataqxanaları açaraq gənclərin oxuması və ölkənin inkişafına həsr edən, kasıb ölkələrə elm, təhsil aparan, ölkəmizin milli marşını, dilini, mədəniyyətini öyrətmək üçün səy göstərən təşkilat olaraq cəmiyyətə dərk etdirilib”  qeyd edilib.

Hərəkat günahsız deyil…

Hərəkatın məsum olmadığı, dövlət və cəmiyyətin nəzərində dövləti ələ keçirmə məqsədini uğurlu bir şəkildə gizlətdiyi bildirilən iddianamədə, “Camaat bir yanda içki içənləri, qumarbazları təşkilatın tərkibinə alarkən, digər tərəfdən dindar və mühafizəkar kəslərə xidmət etmişdir. Cəmiyyətdəki hər üzvə və ya şəxsə nəbzə görə şərbət verilərək tərəfkeşlik təmin edilmişdir” kimi dəyərləndirilmələr yer almışdır.

FETÖ-yə qarşı yönələn istintaqlar zamanı məktəblərində elm öyrənən şagirdlərin və söhbətlərdə iştirak edənlərin ifadələri də təşkilatın gizli maraqlarına dini məqsədləri üçün alət edildiyi gözlər önünə sərilib.

“Allah rizası üçün deyilərək təqaüd və Qurbanlıq üçün pul istənilib…”

FETÖ-nün daxili və xarici struktorları, aparılan istintaqlar zamanı bir-bir aradan götürülərkən, qurduğu kurslar, məktəb və tələbə yataqxanaları kimi qurumlarla çoxlu sayda insanı tələsinə düşürən təşkilat, maliyyə dəstəyini təmin etmək üçün kəndləri belə gəzərək insanların milli və mənəvi dəyərlərini sümürdüyü, bu yolla yardım topladığı ortaya çıxıb.

“Mahal, əyalət və bölgə imamı” olaraq koordinasiya olan FETÖ mənsublarına təşkilata pul qaynağı təmin etmək üçün müxtəlif bölgələr təyin edilmiş və bu şəxslər hər ayın sonunda əlaqədar olduqları bölgələrdə yardım yığıncaqları təşkil edərək alınan qərarlara görə, fəaliyyətlərini həyata keçirirmişlər.

Bundan başqa, təşkil edilən söhbət yığıncaqlarında “Allah rizası üçün” deyilərək, camaat adından tələbələrə təqaüd və Qurbanlıq pulu istənilir, bu pul dini söhbətlər edən şəxslərin yanındakı mühasiblərə ödənilirdi.

Yığıncaqlarda Qəyyumlar heyətinə girənlərə də içində təsbeh, takke və cübbənin olduğu müxtəlif hədiyyələt edən FETÖ mənsubları ən çox yardım toplayanlara isə Fəthullah Gülənin  şəxsən üzərində namaz qıldığını bildirdikləri səccadəni hədiyyə olaraq təqdim etməyi vəd edirdilər.

Söhbətlərində davamlı olaraq bəhs edilən Fəthullah Gülənin kitabları oxudulub, CD-ləri izlədilirdi. Yığıncaqların təsirli olması üçün ağlaşma seansları təşkil edilir və söhbətdə iştirak edənlərə “yardım” siyahısını axirətdə Həzrəti Muhammədin yoxlayacağı, o gün gəldiyi zaman siyahıda adı tapılmayanların peşman olacaqları söylənilirdi.

“Gülənin yuxusunda Kəbəyə getdi, Hz.Peyğəmbər ilə görüşdü…”

Həzrəti Muhamməd Peyğəmbəri (s.a.s) 2014-cü ilin oktyabr ayında gerçəkləşdirilən HSYK seçkilərində də xain planlarına alət edən təşkilat “Gülənin yuxusunda Kəbəyə getdiyini, Hz.Peyğəmbər ilə görüşdüyünü, Hz.Peyğəmbərin “Səni incidirlər, elə deyilmi?” deyə sual verdiyini, Gülənin “Bəli” mənasında başını yelləyib ağladığını, bundan sonra Hz.Peyğəmbərin “Narahat olma, az qaldı” şəklində cavab verdiyini deyərək, “HSYK seçkilərini müstəqil şəxslərin qazanacağını, onlar üçün səs verərək səsin istənilməsinin vacibliyi bildirərək” səs toplayıb.

Gəncləri hədəf alan FETÖ-nün bir mənsubu, Ərzurumdakı bir kollecdə aparılan söhbət zamanı iştirak edən və şərqdən gələn 60-a yaxın tələbəyə, Fəthullah Gülən ilə şəxsən görüşdüyünü ifadə edərək, “Hz.Muhammədin ölümündən sonra dünyaya hər 100 ildən bir böyük bir din aliminin gəldiyini və cəmi 14 alimin gələcəyi, Bediüzzaman Said Nursinin 13-cü alim olduğu, sözdə 14-cü alimin isə Fəthullah Gülən olduğu, Gülənin isə hər gecə yuxusunda Hz.Peyğəmbər ilə görüşdüyü və islam aləminin problemləri haqqında müşavirə etdiyini” danışıb.

“İynə ucu qədər kömək edənləri Cənnətə aparacaqmış…”

Fəthullah Gülənin ABŞ-da tapılmasına da Gülənin buranı “müsəlmanlaşdırmaq” üçün qaldığını deyən FETÖ-çülərin bir müəllimi “Fəthullah Gülənin cəhənnəmin qapısının qarşısında durub onun xalqına iynə ucu qədər kömək etmiş şəxslərin cəhənnəmə girməsinə izin verməyərək, Cənnətə alacağını” söyləyəcək qədər uzağa getməsi, din istismarçılığının dəhşətlərini gözlər önünə sərib.

Yardım pullarını sadəcə söhbətlər zamanı toplamaqla kifayətlənməyən təşkilat təqaüd, Qurbanlıq, tələbələrə kömək adı altında şəxslərin iş yerlərinə gedərək, çek və sənədlə ödəniş edib maliyyələşirdilər.

Hər söhbət qrupun illik toplaması lazım olan məbləği də əvvəlcədən müəyyən edən camaat, bu hədəflərinə çatmaq üçün yenə dini alət edərək, söhbətlərin keçirildiyi yığıncaqlarda hədisi-şərif və ayələrin açıqlamalarında xüsusilə pul verməklə bağlı mövzular ön plana çıxarılıb.

Bölgələrdə yığılan yardım pullarının miqdarlarını yığıncaqlarda slaytla göstərərək çox pul toplayanların təqdiredici bir şəkildə reklamını edən camaat, insanlar arasında etibarlı görünüş yaradaraq daha çoxlu pulun toplanmasını təmin edirdilər.

“FETÖ/PYD hərəkatı saxta bir MEHDİ hərəkatıdır…”

Tarixində ilk dəfə fövqəladə toplaşan Din Şurasının nəticəyə gəldiyi məlumatlarda, FETÖ/PYD-nin açıq bir din istismarı hərəkatı olduğu vurğulanaraq, FETÖ-nün gizli və qaranlıq əməllərinə çatmaq üçün hər cür yolu mübah görən, dini və dini hissiyyatları istismar edən, millətin zəkatını, sədəqəsini, qurbanlarını oğurlayan, övladını əlindən alan, dinin təməl dəyərlərini və anlayışlarını təhrif edən, qeyri-İslami və qeyri-əxlaqi davranışlarla fitnə-fəsad və yalanlarla özünə insanları cəlb edən, dövlətin bütün orqanlarına sızaraq millətin gələcəyini nəzarət altına almağa çalışan və cinayət başında tutulan bir təşkilat olduğu bildirilib.

FETÖ/PYD-nin liderinə əffedən “din alimi” və ya “müəllim” sifətlərinin İslam ilə əlaqəsinin olmadığı bildirilən sənəddə “FETÖ/PYD saxta bir mehdi hərəkatıdır” təyinatı verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az