Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

CƏNAZƏSİ PALTARYUYAN MAŞINLARIN ÜZƏRİNƏ QOYULDU

71 yaşlı qocanın qəribə vəsiyyəti…

Türkiyədə 71 yaşlı Saleh Əmin Yıldırımkal öldükdən sonra tabutunun iki paltaryuyan maşının üstünə qoyularaq cənazəsinin Çankaya səmtində yerləşən Elektronikçilər Bazarından qaldırılmasını istədi.

İzmirin Konak ilçəsində ürəktutma səbəbilə həyatını itirən 71 yaşlı qocanın cənazəsi vəsiyyəti üzərinə iki paltaryuyan maşının üstünə qoyularaq aparılıb.

Din.az “İslamazeri.com”a istinadən xəbər verir ki, İzmirin məşhur insanlarından olan və təxminən 30 ildir ticarətlə məşğul olan 71 yaşlı Saleh Əmin Yıldırımkal keçən günlərdə ürəktutma keçirərək həyatını itirib. Yıldırımkalın ölümü, ətrafdakı dükançıları, ailəsini, yaxınlarına təsir edib. Çankaya səmtindəki iş yerinə illərini verən və hər kəs tərəfindən tanınan Yıldırımkalın vəsiyyəti də ortaya çıxıb.

Vəsiyyətdə isə 71 yaşlı Yıldırımkal öldükdən sonra tabutunun iki paltaryuyan maşın üzərinə qoyularaq cənazəsinin Çankaya səmtində yerləşən Elektronikçilər Bazarından qaldırılmasını istəyib. Bu istək isə yerinə yetirilib. Cənazə mərasimi üçün dərhal iki ədəd paltaryuyan maşın tapılıb. Daha sonra Saleh Əmin Yıldırımkalın tabutu çiyinlərdə gətirilərək paltaryuyan maşınların üzərinə qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az