Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Çeçenistanın ürəyi” adlanan məscid – VİDEO

Avropanın ən iri məscidlərindən biri…

Çeçenistan Şimali Qafqaz respublikaları arasında insanlarının ən çox etiqat etdiyi yerdir. Paytaxtı Qroznının demək olar ki, hər küçəsində məscid var.

qroznuÇeçenistanın paytaxtı Qroznıda Əhməd Kadırovun şərəfinə inşa edilən məscid isə xüsusilə vurğulanır.

Belə ki, məscidin bütün dekorativ işləri mərmərdən görülüb. Avropanın ən iri məscidlərindən olan bu məscidə hətta “Çeçenistanın ürəyi” də deyilir. Məsciddə mərkəzdəki zalın üstündəki 23 metrlik gümbəz xüsusi diqqət çəkir. 4 minarənin hər birinin hündürlüyünün 63 metr olduğu deyilir. Burada 36 çilçıraq quraşdırılıb ki, onlardan 27-si Qüdsdəki Qübbətüs-Səhra məscidinə, 8-i Mədinədəki Nəbəvi məscidinə, sonuncu 8 metrlik çilçıraq isə Məkkədəki Kəbəyə bənzədilib.

Çilçıraqların hazırlanmasında 3 kq qızıl, bir neçə ton bürünc və bir milyondan çox kristaldan istifadə edilib.

“Din.az” Əhməd Kadırov məscidi haqda videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az