Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ÇEÇENİSTAN MƏKTƏBLƏRİNDƏ HİCABA İCAZƏ VERİLƏCƏK

“Mənim üç qızım məktəbdə oxuyur, hicab taxırlar, qiymətləri də əladır”.

Çeçenistan parlamentinin sədri Maqomed Daudov “İnstagram” səhifəsində bildirib ki, yaxın zamanda respublikada müxtəlif dini inanclara malik uşaqların məktəbə hicab, xaç və kipa (yəhudi kişi baş örtüyü) taxmasına icazə verən qanun qəbul olunacaq.

O qeyd edib ki, məktəbə hicab taxılmasına qarşı çıxış edən təhsil naziri Olqa Vasilyevanın dedikləri Rusiya Federasiyası Konstitusiyasının 28-ci maddəsinə ziddir. Həmin maddə vicdan və dini etiqad azadlığını təsbit edir.

“Din.az” “A24.Az”a istinadən bildirir ki, spikerin sözlərinə görə, federal məmurun «məsuliyyətsiz bəyanatı» çoxmillətli respublikada müxtəlif millətlərdən olan uşaqların məktəbə hicab, xaç və kipa taxmalarına icazə verən qanunun qəbulu təşəbbüsü üçün siqnaldır.

Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov da təhsil naziri Vasilyevanın sözlərinə kəskin reaksiya vermiş, onu öz şəxsi fikrini ictimaiyyətə sırımaqda ittiham etmişdi.

«Mənim üç qızım məktəbdə oxuyur, hicab taxırlar, qiymətləri də əladır. Olqa Vasilyeva tələb edir ki, onlar yaylıqlarını açsınlar? Qızlar heç vaxt bunu eləməzlər», – deyə Ramzan Kadırov Instagram səhifəsində yazıb.

Mordoviya rəhbərliyi tatar kəndi olan Belozeryedə müəllimələrin və şagirdlərin müsəlman baş örtüyü taxmasını yasaqlamışdı. Olqa Vasilyeva isə bu hadisəyə şərh verərkən bildirmişdi ki, əsl inanclı insanlar dinə münasibətlərini atributlarla vurğulamağa çalışmırlar. O, həmçinin Rusiyada təhsilin dünyəvi olduğunu xatırlatmışdı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az