Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

CAVANŞIR PAŞAZADƏ: “ŞEYX CAVANDIR, 69 YAŞI VAR”

“Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil”.

“Varislik-filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu, bizim mənəviyyatımıza uyğun gəlmir”.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, dövlətimiz və onun siyasəti var: “Varislik, şahlıq söhbətlərinin artıq yeri deyil. Padşahlıq dövrləri bitib. Şeyxülislam da işləyir. Bundan sonra da, inşallah, işləyəcək. Bütün məsələlərdə cənab prezidentə, xalqa dayaq olacaq. Dini məsələlərdə ona köməklik edəcək.

Bu söhbətlər artıqdır, ona başqa don geyindirmək lazım deyil. Allah-təala nə məsləhət bilirsə, odur. Hələlik şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi “razqon” götürüb. Ondan sonra da Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o, sonralar ortaya çıxacaq”.

Qeyd edək ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az saytına açıqlamasında şeyxin varisinin oğlu Məhəmməd Paşazadə olduğunu deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az