Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Əfsanəvi boksçu Məhəmməd Əli filmdə çəkilmək istəyib, amma…

Filmin çəkilişləri zamanı 28 ayrı ölkədən aktyor və mütəxəssislərlə iş görülüb.

İllər keçməsinə baxmayaraq möhtəşəmliyi ilə dünyanın bir çox yerlərində şöhrət qazanan və müsəlmanların sevə-sevə baxdığı “Çağrı” filmi haqqında bilmədiyimiz 7 maraqlı nüans açıqlanıb:

  1. Mustafa Akkadın İslamiyyətin yaradılışından bəhs edən bir film çəkəcəyini öyrənən əfsanəvi boksçu Məhəmməd Əli, Bilal Həbəşi rolunda oynamaq istəyib, lakin ejissor Mustafa Akkad, bunun filmin verəcəyi mesajın önünə keçəcəyini düşünərək Məhəmməd Əlinin təklifini rədd edib.27667
  2. Filmin çəkilişləri zamanı 28 ayrı ölkədən aktyor və mütəxəssislərlə iş görülüb.
  3. Dövrün Məkkəsinə bənzədilən setin hazırlanması 4,5 ay vaxt aparıb. Setin inşaasında isə 300-dən çox adam çalışıb.27665
  4. Hamza rolu ilə baş rolda iştirak edən Anthony Quinn 3 saatlıq filmin yalnız yarısında görünür.27662
  5. Setdə eyni vaxtda fərqli aktyorlarla filmin həm ingiliscə, həm də ərəb dilində iki versiyası çəkilib.
  6. İlk olaraq çəkilişlərə Mərakeşdə başlanıb, lakin Hz.Muhammədin həyatının filmdə göstərilməsinin uyğun olmayacağını düşünən bir çox insanlar Mərakeş kralına təzyiq edincə Kral, Akkad və onun çəkiliş qrupunu ölkədən kənarlaşdırır. Sponsorların filmdən dəstəyini çəkdiyi və ümidlərin tükəndiyi bir vaxtda isə filmin tamamlanması üçün əsas dəstəyi təmin edən Qəddafi oldu. Hətta Bədir Döyüşü səhnələrində, Liviya ordusundan əsgərlər də rol alıb.27664
  7. Çətin proseslərdən sonra çəkilişi tamamlanan filmin nümayişi, vizyona girdiyi zaman bir çox Yaxın Şərq ölkələrindəki dini liderlər “Peyğəmbərin həyatı ağ pərdəyə köçürülə bilməz” fətvası ilə qadağan olundu.

MÜZAKİRƏ

2 şərh Əfsanəvi boksçu Məhəmməd Əli filmdə çəkilmək istəyib, amma… üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az